Moskvadan litvalı nazirin bəyanatına sərt reaksiya - Belarusa hücumu Rusiyaya hücum kimi qəbul edəcəyik...
Belarusa qarşı xarici təcavüz Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Litvanın xarici işlər nazirinin Ukraynanın Belarusa zərbələr endirə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
"Belarusa qarşı xarici təcavüz bütün sonrakı nəticələri ilə birlikdə Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək", - Rusiya XİN nümayəndəsi deyib.
Qeyd edək ki, bu yaxınlarda Litvanın xarici işlər naziri Gabrielius Landsbergis bildirib ki, Belarusda Rusiya ilə əlaqəli hərbi hədəflər olarsa Ukrayna ölkə ərazisinə zərbələr endirə bilər.