Rusiya Ukraynanı bombaladı, Polşa hərəkətə keçdi!
"Polşa müttəfiq ölkələri ilə birlikdə bu gecə Rusiyanın Ukrayna ərazisinə kombinə edilmiş hava hücumuna görə döyüş təyyarələrini havaya qaldırıb." Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının mətbuat xidməti bildirib.
Bəyanatda təyyarələrin Polşanın hava məkanında fəaliyyətə başladığını qeyd edib və bunun “xüsusilə ölkənin cənub-şərq hissəsində gurultu səviyyəsinin artmasına səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib. “Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının qanadlı raketlər, “Şahid” pilotsuz uçuş kompleksləri və o cümlədən Ukraynanın qərb ərazisində yerləşən obyektlərə ballistik raketlərlə zərbə endirilməsi ilə bağlı intensiv aktivlik müşahidə olunur”, – bəyanatda diqqətə çatdırılıb.
Mətləb Salahov