Dünyaca məşhur musiqi qrupu Bakıya gəlir
“30 Seconds to Mars” qrupu dünya turnesi çərçivəsində ilk dəfə Bakıda konsert verəcək. Konsert bu il oktyabrın 22-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletlər iyunun 11-dən satışa çıxarılacaq. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindən olan, art-rok üslubunda ifa edən “30 seconds to Mars” 1998-ci ildə Cared və Şennon Leto qardaşları tərəfindən yaradılıb.
Qrupun debüt albomu “30 Seconds to Mars” (2002) uğurlu olmasa da ikinci “A Beautiful Lie” (2005) çox məşhurluq qazanıb.
Mətləb Salahov