Daha bir Fransa casusu Rusiyada yaxalandı...
Fransa vətəndaşı Rusiyada hərbi xarakterli məlumat toplamaq ittihamı ilə saxlanılıb. Rusiya mediası yazır ki, Moskvada saxlanılan Fransa vətəndaşı Loran Vinatie İsveçrənin Cenevrədə qurulmuş “Humanitar Dialoq Mərkəzi” qeyri-hökumət təşkilatı üçün işləyirmiş.
İstintaqın məlumatına əsasən, xarici dövlətin agentlərinin reyestrinə daxil edilməsi gərəkən sənədləri təqdim etmək öhdəliyini yerinə yetirməyi planlaşdırmayan saxlanılan şəxs bir neçə il məqsədyönlü şəkildə Rusiya Federasiyasının hərbi və hərbi-texniki fəaliyyəti istiqamətində məlumatlar toplayırmış.
TAHİR