Bayden Ukraynaya ABŞ silahları ilə Moskva və Kremlə zərbə endirməyə icazə vermədi - yalnız...
ABŞ Prezidenti Bayden, Vaşinqtonun Kiyevə Moskva və ya Kremlə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermədiyini deyib.
O deyib ki, Rusiya sərhədi yaxınlığında, rus silahlarının Ukraynada konkret hədəflərə hücum etmək üçün istifadə edildiyi yerlərə qarşı belə silahdan istifadəyə icazə verilir.
"Söhbət onlara (Ukraynaya) Moskvaya, Kremlə zərbə endirmək üçün silah verməkdən getmir, yalnız sərhədin Ukraynaya daxil olmaq və silahdan istifadə edərək ukraynalıları öldürdükləri hissəsinə qarşı silahdan istifadə etməkdən danışırıq. Rusiyada 200 mil dərinlikdə, eləcə də Moskva və Kremlə zərbə endirməyə icazə vermirik” - deyə Bayden bildirib.
TAHİR