"Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir" - Abdulla Zayed
"Azərbaycanda uzun müddətdir fəaliyyət göstəririk. Burada layihələrin inkişaf etdirilməsində maraqlıyıq." Bu sözləri “Masdar” şirkətinin Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda enerji sahəsində potensial həddən artıq yüksəkdir və bununla bağlı ölkədə görüləcək işlər var.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş “Masdar” şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavatdan çox olan layihələr icra edib. Həmçinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilir.
Mətləb Salahov