"СОР29-un uğuru labüddür" - Qaz İxrac edən Ölkələr Forumunun baş katibi
СОР29-un uğuru labüddür. Trend xəbər verir ki, bu barədə bu gün Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel 29-cu Bakı Enerji Forumu çərçivəsində "Enerji təhlükəsizliyinin və dayanıqlılığın təmin olunması üçün beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirəsində deyib.
"Azərbaycan Respublikasını COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, dünən görüşməkdən məmnun olduğum COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin məharətli rəhbərliyi altında COP29-a hazırlıq ən yüksək səviyyədə aparılır. СОР29-un uğuru artıq labüddür. COP29 yeni texnologiyalara qapı açacaq və Azərbaycana bu məsələdə uğurlar arzulayıram. İqlim konfransının uğurla keçirilməsi üçün ən xoş arzularımı çatdırıram", - o deyib.