GECF-in Baş katibi Azərbaycanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini dedi
Neft sənayesinin paytaxtı olan Bakıya qayıtdığıma görə böyük qürur hissi duyuram. Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir. Həmçinin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) üzvü olmağından çox məmnunuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, geosiyasi məqamların mövcudluğu iqtisadiyyata təsir edir.
“Enerji keçidinin iqtisadi baxımdan məmnunedici olması üçün əməkdaşlıq vacibdir. Təbii qaza olan tələbat 2050-ci ildə 30 faiz artacaq, süni intellektə olan tələbat da artacaq. Bu sahəyə 9 trilyon dollar investisiya lazımdır. Texnologiya burada vacib rol oynayır. Azərbaycanı COP29-a ev sahibliyi etdiyi üçün təbrik edir və uğurlar arzulayıram. Əminəm ki, bu konfransda veriləcək qərarlar böyük addımlar atmağa şərait yaradacaq”, - deyə GECF-in Baş katibi vurğulayıb.