"Ermənistan rəsmilərinin qanunvericilik barədə paralellik yaratması qəbuledilməzdir" - Nazir
Məlumdur ki, Ermənistanın Konstitusiyasında, Müstəqillik Aktında və digər qanunvericiliyində qonşu dövlətlərə və Azərbaycana qarşı ərazi iddiaları vardır. Ermənistan cəmiyyətində artıq bu barədə diskussiya aparılır.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O qeyd edib ki, Ermənistan rəsmilərinin qanunvericilik barədə paralellik yaratması qəbuledilməzdir. Çünki Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur.
Ceyhun Bayramov əlavə edib ki, Ermənistanın bu cür eynilik yaratması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yarada bilər.
ZÜMRÜD