"Ermənistandan aldığımız növbəti sənəddə müsbət mesajlar gördük" - XİN rəhbəri
Bir neçə gün əvvəl Ermənistandan növbəti sənəd aldıq. Biz burada müsbət mesajlar gördük.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə müvafiq addımlar atılır.
ZÜMRÜD