Ermənistana yardım göstəriləcəksə, Azərbaycana da edilməlidir - Macar nazir Bakıdan Avropaya mesaj göndərdi...
Macarıstan iyulun 1-dən Avropa İttifaqının sədri kimi fəaliyyət göstərəcək. Çalışacağıq ki, dövlətlər arasında sülh və əməkdaşlıq hökm sürsün.
Bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Peter Siyarto deyib: “Düşünürük ki, Avropa Sülh Fondundan Ermənistana 10 milyon dollarlıq yardım göstəriləcəksə, bu, Azərbaycana da edilməlidir”.
Azərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevindiklərini deyən nazir qeyd edib ki, bu regionda sülh bərpa edilməlidir.
“Biz istəmirik ki, Avropa İttifaqı sönən oda yenidən yağ töksün. Onlar Ermənistana minatəmizləmə üçün məbləğ ayırırsa, eyni məbləği Azərbaycan üçün də ayırmalıdır”, - nazir əlavə edib.
TAHİR