"Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər" - Peter Siyarto
Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər. Bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.
Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb: “Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.
ZÜMRÜD