Polşalı etirazçılar Ukrayna ilə sərhəddə iki keçid məntəqəsini bağladı...
Polşalı fermerlər Ukrayna ilə sərhəddə daha bir keçid məntəqəsini bağlayıblar. Siqnal jiletləri geyinən və əllərində Polşa bayraqları tutan bir qrup şəxs keçid məntəqəsində yük maşınlarının hərəkətinə mane olur.
Bir gün öncə Ukrayna Dövlət Sərhəd Xidməti polşalı fermerlərin Ukrayna-Polşa sərhədində Rava-Russkaya-Qrebennoye keçid məntəqəsini bağladığı barədə məlumat yayıb.
Qeyd edək ki, polşalı fermerlərin ümummilli etirazı fevralın 9-dan başlayıb. Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalının dayandırılmasını tələb edən etirazçılar, həmçinin Avropa İttifaqının 2050-ci ilədək atmosferə atılan zərərli qazların sıfıra endirilməsini nəzərdə tutan ekoloji planlarından da narazıdır.
ZÜMRÜD