"Ermənistan Qərbin təzyiqilə XİN və MN xəttilə Rusiya ilə təmaslardan çəkinir" - Mixail Qaluzin
Rusiya-Ermənistan ikitərəfli münasibətlərindən danışan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, İrəvanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xətti ilə Rusiya təmaslarına maraq göstərmədiyini və bunun Qərbin təzyiqinin nəticəsi olduğunu qeyd edib.
Qaluzin deyib: “2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü keçirilməyib. Tərəfdaşlar Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr üçün növbəti planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə də maraq göstərmədilər. Müdafiə idarələri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim təqsirimiz deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan Qərbin təzyiqinin nəticəsi kimi görürük”.
Rusiyalı diplomat ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyətinin problemli məqamların və narazılıqların aradan qaldırılması üzərində iş aparılmasına dair açıqladığı fikirlər əməldə də öz təcəssümünü tapacaq.
TAHİR