Makron gedir, ultra sağçı Bardella Avroparlament seçkilərinin favoriti ola bilər....
"Bir neçə gündən sonra Makron öz ölkəsində böyük zərbə ala bilər.55 milyon fransız seçici Avropa parlamentinə 81 deputat seçəcək. Rəy sorğularına görə Mari Lipenin başçılıq etdiyi ultra sağçı Milli birlik partiyası öndə gedir və Makronun "mərkəzçi" Dirçəliş" partiyasını azı 15 faiz üstələyir."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev daha sonra yazır:
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev daha sonra yazır:
"Bu partiyanın seçki lideri Cordan Bardella hazırda Makronun özündən güclü lider sayılır.Fransanın baş naziri sağçıların Nakronu çox üstələdiyini heç cür inkar edə bilmədi və belə izah verdi ki, bütün Avropada sağçılar tüğyan edir. Yəni demək istədi ki, bu tək Makronun günahı deyil, bütün qitə bu gündədir. Ancaq əlbəttə bu cür fikirlər Fransanın tənəzzülündə Makronun məsuliyyətini örtə bilməz.
Sosialistlərin lideri Rafail Qlyuksman isə rəy sorğusuna görə Makronun partiyası ilə yanaşı gəlir. Ehtimallar var ki , sosialistlər sağçı Bardella ilə ittifaq qura bilər. Bu isə Avroparlament seçkilərində iflasa uğramağa çox yaxınlaşmış Makronun növbəti daxili seçkilərdə tam fiaskosuna çevriləcək ...."
Mətləb