"Azərbaycandan daha çox qaz ala bilmək üçün..."- macar nazirdən AÇIQLAMA
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakı Enerji Forumunun açılışında bildirib ki, söhbət enerji təchizatından gedirsə, ümumi məqsəd siyasi müzakirələrdən uzaqlaşmaq olmalıdır.
Macar nazir açıqlayıb ki, Avropa şaxələndirməyə böyük önəm verir: “Problem ondadır ki, şaxələndirmə ilə bağlı fərqli fikirlər var. Bizim fikrimiz budur ki, bizim daha çox mənbəmiz var. Biz isə mövcud olanları başqaları ilə əvəz etməyi nəzərdə tutan fikirlərlə razılaşmırıq.
Şaxələndirmə mənbələrin sayını artırmaq deməkdir. Məhz buna görə də biz Avropa İttifaqından Cənub-Şərqi Avropada boru kəmərləri şəbəkəsinin gücünü artırmağı xahiş etmişik ki, Azərbaycan, Qətər və Türkiyədən daha çox qaz ala bilək. Bu ölkələrlə ya artıq müqavilələrimiz var, ya da müqavilələr hazırlanır”.
Mətləb Salahov