Makrona ŞOK: Parisdə “Ukraynada öldürülən fransız əsgərləri” yazılı 5 tabut aşkarlandı...
Fransanın paytaxtı Parisdə ictimai fəallar prezident Emmanuel Makronun Ukraynaya kömək üçün fransız əsgərlərini göndərmək planlarına qarşı simvolik etiraz aksiyası keçiriblər. Eyfel qülləsi yaxınlığında üzərində Fransa bayrağı və üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılı 5 tabut aşkarlanıb.
“Le Figaro” nəşrinin yazdığına görə, məlum olub ki, tabutlar ağacdan yox, gipsdən hazırlanıb. Polis bu aksiyada iştirak edən 3 nəfəri - tabutları çatdıran furqonun sürücüsünü və avtobusla Berlinə getməyi planlaşdıran onun iki şərikini saxlamağa nail olub. Sürücünün dediyinə görə, ona yükü çatdırmaq və insanları endirmək üçün 40 avro pul alıblar.
Paris prokurorluğu hadisə ilə bağlı "qəsdən zorakılıq" maddəsi ilə cinayət işi açıb. Aydındır ki, bu yolla fəallar ictimaiyyətin diqqətini Fransanın Ukrayna münaqişəsinə hərbi müdaxiləsi ilə razılaşmadıqlarına yönəltmək istəyiblər.
Xatırladaq ki, E.Makron bir neçə yüz hərbi təlimçinin Ukraynaya göndərilməsini iyunun 6-da Müttəfiqlərin Normandiyada desantlarının ildönümündə elan etməyi planlaşdırır. Fransa liderinin Ukraynaya qoşun göndərmək üçün iyunun 6-nı seçməsi də təsadüf deyil. Çünki düz 80 il öncə, iyunun 6-da anti-Hitler koalisiyası ölkələrinin Normandiyada ikinci cəbhəni açdıqları gündür. Onu da qeyd edək ki, Fransa prezidenti Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsini də dəstəkləyir.
Mətləb Salahov