Zelenski istədi, ABŞ növbəti hərbi yardım ayırdı
ABŞ Ukraynaya yeni hərbi yardım edəcək. Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Düşünürəm ki, yaxın həftələrdə Ukraynaya yeni hərbi tədarüklə bağlı elanlar gözləyə bilərsiniz", - deyə Sullivan qeyd edib. Qeyd edək ki, bir müddət bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın yeni hərbi yardım paketinin başlayacağını bəyan etmişdi. O xüsusilə son vaxtlar Rusiyanın hücumlarına qarşı yeni hərbi güc vasitələri ilə təmin olunmalarının vacib olduğunu dilə gətirmişdi.
Mətləb Salahov