İtaliyadan Makrona sərt sözlər - müharibə istəyirsə, dəbilqəsini taxsın, italyanları narahat etmədən getsin...
İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italyanları narahat etmədən getsin. Bunu İtaliyanın baş nazir müavini Matteo Salvini deyib
“Gələn həftə “liqa” seçimi sülh seçimidir. Mən italiyalıların Ukraynaya döyüşmək və ölmək üçün göndərilməsini istəmirəm, İtaliya silahlarının Rusiyanı bombalamasını istəmirəm. İtaliya heç kimə qarşı müharibə aparmır, əgər Makron müharibə istəyirsə, dəbilqəsini taxsın və italiyalıları narahat etmədən getsin” – M.Salvini bildirib.
İtaliyanın baş nazir müavini bildirib ki, əgər bu gün İtaliya Avropa İttifaqına suverenliyini, məsələn, müdafiə məsələsində güzəştə getsəydi və ortaq Avropa ordusu olsaydı, Makron kimi bombardmançı gələrək gəncləri xaricə öldürməyə göndərərdi.
“Övladımın Makronun əlinə keçməsinə imkan verməyəcəm” - deyə İtaliyanın baş nazir müavini bildirib.
TAHİR