“Ukraynanın batmasına imkan versək, Polşa da batacaq” - Bayden
ABŞ prezidenti Bayden deyib ki, Ukrayna NATO-nun bir hissəsi olmasa belə, Birləşmiş Ştatlar silah tədarükünü davam etdirəcək.
Bayden “Time” jurnalına açıqlamasında, problemin sülh yolu ilə həllinə Rusiyanın Ukraynadan tamamilə çəkiləcəyi təqdirdə nail olacağını bildirib. Onun sözlərinə görə, həll prosesi Ukraynanın mütləq NATO-ya daxil olması mənasına da gəlmir.
“Məsələ ondadır ki, əgər Ukraynanın batmasına imkan versək, mənim sözlərimə diqqətlə fikir verin, Polşanın da gedəcəyini görəcəksiniz”, - Bayden Kiyevə dəstəyini açıqlayarkən deyib.
TAHİR