BMU-da “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyətə başladı
Bakı Mühəndislik Universitetində (BMU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftə içi saat 10:00-dan 17:00-dək “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər (Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev küç., 120. Telefon: +994 12 349 99 95).
Abşeron rayonu ərazisində yeganə ali təhsil müəssiəsi olan BMU-da “Abituriyent Məsləhət Mərkəzi”nin fəaliyyətə başlaması, xüsusilə bu ərazidə yaşayan abituriyentlərə məsafə qət etmədən, zaman itkisinə yol vermədən düzgün, ətraflı məlumat verilməsində əhəmiyyətli rol oynayacaq.
Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar fəaliyyət göstərir. Onlar tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki məsələlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz yardım olunacaq.