KÖHNƏ VERSİYA            

Zəngəzur dəhlizinin açılması qlobal tələbə çevrildi...

Image

Cari il ərzində Zəngəzur dəhlizinin açıla biləcəyi ilə bağlı verilən proqnozların sayı artmaqda davam edir. Belə görünür ki, dəhlizin açılmasında Azərbaycanın istəyinə uyğun olaraq Kalininqrad modelindən istifadə olunacaq. 

Əslində, bu modelin tətbiqində Avropa da maraqlıdır. Hər halda, Litvanın İrəvandakı səfiri Andrius Pulokasın dedikləri də bunu təsdiq edir. 

O qeyd edir ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsində Kalininqrad modelinin tətbiqi münasibdir. Pulokas ermənilərin Zəngəzur dəhlizinin açılmasından sonra müharibə narahatlığına da cavab verib. Səfir bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən rahat keçirlər. Xatırladaq ki, daha öncə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid maraqlı açıqlamalar verib. O bildirib ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: “Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”. Bununla yanaşı, prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb: “Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq”. Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi. SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Hazırda Zəngəzur dəhlizinin açılması, əslində, artıq nəinki regional, həm də qlobal xarakter daşıyır. Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə region ölkələri maraqlı deyil. Avropa da bu layihədən ciddi dividend əldə edəcək. Qeyd edək ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Zəngəzur dəhlizi məsələsinə də töhfə oldu. Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son zamanlar, xüsusilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var. Bu isə özünü həm də Zəngəzur dəhlizinin açılmasında göstərə bilər. 

Bundan əlavə, Avropa, eləcə də Çin və Rusiya da dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edir. Məsələyə bu fonda nəzər salan “Foreign Affairs” jurnalı yazır: “Qarabağı tərk etməklə Rusiya Azərbaycana triumf verdi. Bununla da Azərbaycan hərbçiləri çoxdan mübahisə mövzusu olan ərazi üzərində məhdudiyyətsiz nəzarət əldə etdilər. Sülhməramlıların Qarabağı tərk etməsindən sonra bir çox müşahidəçilər Bakı ilə Moskva arasında gizli razılığın olduğunu güman edirdilər. Bununla belə, iki ölkənin liderləri arasındakı xoş münasibət hazırkı əlaqələrə geniş imkan yaradıb. Sülhməramlıların bu yaz çıxarılması Bakı ilə Moskva arasında razılığın əsas komponenti kimi görünür. Sülhməramlıların getməsindən cəmi 5 gün sonra Əliyev Moskvaya səfər edib, iki ölkə arasında əlaqələrin genişlənməsini müzakirə etdi. Moskva üçün bütün bunlar Qərblə Ukrayna müharibəsi fonunda yeni ticarət marşrutlarının yaradılması yarışının tərkib hissəsidir. Müharibənin başlanmasından sonra Qərb hökumətləri və şirkətləri Orta Dəhlizi modernləşdirməyə cəhd edirlər”. Jurnal qeyd edir ki, Azərbaycan öz coğrafi mövqeyi sayəsində tərəflər arasındakı rəqabətdən qazanc əldə edə bilib. Məqalədə, həmçinin, Rusiyanın Cənubi Qafqazda İranla nəqliyyat əlaqələrinin bərpasında maraqlı olduğu bildirilib. Bunun isə İkinci Dünya müharibəsi zamanı ABŞ-ın SSRİ-yə yardım üçün istifadə etdiyi əsas xəttin yenidən bərpa olunması anlamına gəldiyi vurğulanıb. “Foreign Affairs” bu baxımdan Zəngəzur dəhlizinin də Moskva üçün önəm kəsb etdiyini yazıb: “Hələ 2020-ci ilin noyabrında Putin, Əliyev və Paşinyan üçtərəfli bəyanatı imzalayanda ruslar düşünürdülər ki, onların bu marşrutun açılması ilə bağlı razılığı var. Bəyanata regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası daxil idi və orada, xüsusilə Naxçıvana Ermənistan üzərindən marşruta xatırlatma edilirdi. Üstəlik, burada deyilirdi ki, marşrut üzərində nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində olacaq. Lakin o vaxtdan dəhliz bağlıdır, çünki Ermənistan və Azərbaycan istismarla bağlı razılaşa bilməyiblər. Lakin Rusiya hələ də israr edir ki, nəzarəti onun təhlükəsizlik qüvvələri həyata keçirməlidir. Beləliklə, yeni dəhlizin açılması Azərbaycanla Rusiya arasındakı yeni razılaşmanın əsasını təşkil edə bilər. Yəni bunun qarşılığında Rusiya qoşunlarını Qarabağdan çıxarır, əvəzində Azərbaycan Rusiyanın Ermənistanın cənubundan gedən yola nəzarətinə razılaşa bilər. Əgər plan reallaşsa, bu, Azərbaycanla Rusiyanın Ermənistanın cənub sərhədlərinə koordinasiyalı nəzarət etməsi anlamına gələcək. Bu da Ermənistan, eləcə də Qərb üçün kabuslu yuxudur”. O da vurğulanır ki, əgər bu ehtimal reallaşsa, ABŞ və Qərb Rusiyanın İranla avtomobil və dəmiryolu yaratmaq işində böyük addım atdığını görəcək. Məqalədə, həmçinin, Rusiyanın heç bir keçmiş müttəfiqinin Moskvadan Ermənistan kimi uzaqlaşmadığı qeyd olunub. Lakin Moskvanın Ermənistanda təsirinin zəifləməsi qarşılığında regionda heç bir gücün Qərbin Rusiyanı əvəz etməsində maraqlı olmadığı vurğulanıb. Digər tərəfdən, Paşinyan Qərbə inteqrasiya yolunu seçsə də, məqalə müəllifləri İrəvan üçün bir neçə risqin qaldığını deyirlər. Bunların sırasında əsas kimi isə Rusiyadan iqtisadi asılılıq, Azərbaycanla Zəngəzur dəhlizi uğrunda toqquşma, eləcə də daxili qüvvələrin xarici dəstəklə Paşinyanı devirmə ehtimalları göstərilir: “Bu təhdidlər diplomatiya ilə paralel gedir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin əldə olunması və münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparmağa davam edir. İki tarixi düşmənin müharibədən qaça biləcəkləri isə, daha çox, Qərb güclərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, burada da konfliktin nizamlanması üçün siyasi və maliyyə resurslarını yatırmağa nə qədər hazır olmalarından asılı olacaq”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031