“Tik-Tok”da dələduzluq etdiyi üçün saxlanan şəxsin başqa əməlləri də ortaya çıxdı
Müxtəlif vaxtlarda bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla, ümumilikdə, 2133 manat pul vəsaitlərini taladığı üçün polis əməkdaşları tərəfindən saxlanılan 21 yaşlı Raqif Məmmədovun digər qanunsuz əməlləri də müəyyənləşdirilib. Onun daha iki nəfərin kartında olan 6000 və 310 manat pulunu ələ keçirdiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, R.Məmmədov “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talayıb. Saxlanılan şəxs eyni üsulla daha 25 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
ZÜMRÜD