"Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh razılaşmasını tarixi bir fürsət olaraq görürük" - Ərdoğan
Azərbaycan və Ermənistan arasında son dövrlər baş verən müsbət hadisələri məmuniyyətlə qarşılayır və imzalanacaq sülh razılşamasının bölgənin gələcəyi baxımında tarixi bir fürsət olaraq görürük.
Bu barədə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” sərgilərinin açılışında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyarkən deyib.
R.T. Ərdoğan bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün işlər davam etdirilir.
"Həmçinin noyabr ayında COP29-a ev sahibliyi edəcəyi üçün qardaş Azərbaycanı bir daha təbrik edir və konfransın hazırlıq mərhələsində hər cür dəstək göstərməyə hazır olduğumuzu ifadə edirik", - deyə o qeyd edib.