"Onlar yeni ifadələr icad etməyəcəklər" - Ukrayna XİN rəhbərindən NATO açıqlaması
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin NATO üzvlüyü barədə danışıb. Ukraynalı nazir bəyan edib ki, gələn ay Vaşinqtonda keçiriləcək NATO sammitində müttəfiqlər Ukraynanın gələcək üzvlüyü ilə bağlı yeni ifadələr icad etməyəcəklər. Əvəzində obyektiv göstəricilər əsasında Ukraynanı Alyansa mümkün qədər yaxınlaşdırmaq mexanizmlərinin yaradılmasına diqqət yetirəcəklər.
Onun sözlərinə görə, Ukraynanın Aİ və NATO-ya daxil olması ilə bağlı qərarlar mahiyyət etibarı ilə eyni adamlar tərəfindən qəbul olunduğundan, müttəfiqlər də Ukraynanı “özlərinin” hesab etsələr də nə vaxt hüquqi müstəvidə olması barədə hələ qərar verməyiblər.
Mətləb Salahov