Türkiyədə 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb
Türkiyənin İzmir vilayəti sahillərində 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığından bildirilib. Urla və Çeşmə rayonlarında iki rezin qayıqda 21-i uşaq olmaqla 101 qeyri-qanuni miqrant Türkiyənin ərazi sularından sahilə çıxarılıb.
Saxlanılanlar əməliyyatın ardınca Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Mətləb