Rusiya ərazisinə ABŞ raketləri ilə hücum başladı - Bayden razılıq verdi, Kiyev düyməyə basdı, 300-dən çox raket buraxıldı...
21-ci əsrin ən böyük müharibəsi olan Rusiya-Ukrayna savaşı daha təhlükəli məcraya qədəm qoyur. Məsələ ondadır ki, Fransa prezident Makronun Rusiya ilə döyüşmək üçün Ukraynaya NATO qoşunları göndərilməsi təklifinə qarşı çıxan Qərb uzun müddət davam edən tərəddüdən sonra Kiyevə göndərdikləri silahları Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etmək üçün yaşıl işıq yandırıb. Baxmayaraq ki, Rusiya bunun çox ciddi nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Bir neçə gün əvvəl ABŞ və ardınca Almaniya Ukraynaya göndərilən silahların Rusiya ərazisində istifadəsinə icazə verdiyini açıqlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov isə NATO və ABŞ-ı “gərginliyi yeni səviyyəyə qaldırmaqda” ittiham edib.
Rusiya mənbələrinin məlumatına görə, Vaşinqtonun razılığından sonra Ukrayna ilk dəfə olaraq Rusiya daxilindəki hədəfləri ABŞ istehsalı olan silahlardan atəşə tutub. Rusiya Müdafiə Nazirliyi və Rusiya hərbi bloqçuları hücumun HİMARS vasitəsilə həyata keçirildiyini bəyan ediblər. Rusiyalı müharibə müxbiri Yevgeni Poddubnı Telegram kanalında Rusiya ordusunun hava hücumundan müdafiə qruplarının Belqorod vilayəti üzərində səmada 10-dan çox raketi məhv etdiyini bildirib. Sosial şəbəkələrdə hətta Ukraynanın Rusiya ərazisinə ümumilikdə 320-dən çox raket atdığı iddia edilir.
Hələlik Ukrayna və ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
TAHİR