Asfaltı dağılmış küçələr, həm də “Gənclər Paytaxtı”nda...
Bu il cənub mirvarisi Lənkəran “Gənclər Paytaxtı” elan edilib. Amma şəhərin dağılıb yararsız hala düşən küçələri buna xələl gətirir. Buranın elə keçilməz küçələri vardır ki, çoxdandır əhalini çətinliklə üz-üzə qoyur. Qaldı ki, problemı yoluna qoymaq aidiyyət qurumları heç düşündürmür.
Şəhərin Mahir Yusibov küçəsi də illərdir təmirsiz qalıb. Asfalt örtüyü dağılıb, üstündə iri gölməçələr əmələ gəlib. Sakinlərin sözlərinə görə küçə onlar üçün təhlükədən başqa bir şey deyildir. Yağışlı havalarda gölməçələr su ilə dolur, isti günlərdə də toz-torpaq olur. Vəziyyət o qədər pisdir ki, təcili yardım maşını küçəyə daxil ola bilmir. Problem səlahiyyət sahiblərinə məlumdur. Müsbət nətıcəsi isə hələ ki, görünmür.
Zəfər ORUCOGLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü