KÖHNƏ VERSİYA            

Erməni kilsəsinin sirri açıldı - Azərbaycanla sülhü buna görə istəmir...

Image

Ermənistanda hakimiyyətlə kilsənin qarşıdurması getdikcə daha gərgin xarakter almaqdadır. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesini və işğalda saxladıqları 4 kəndin qaytarılmasını bəhanə edərək, daxili xaos və itaətsizliklə hakimiyyəti ələ keçirməyə çalışan kilsə və müxalifət, hələ ki, hər hansı nəticəyə nail ola bilməyib. 

Elə bu fonda Ermənistanın “Qraparak” nəşri yazır ki, hakimiyyət daha sərt tədbirlərlə rəqiblərini neytrallaşdırmağa hazırlaşır: “Ermənistandakı hərəkat fəalları son günlər aralarında hakimiyyətin göndərdiyi təxribatçıların peyda olduğunu və həmin təxribatçıların nifaq salmağa çalışdıqlarını müşahidə edib. Təxribatçılar Baqrat Srbazanın çıxışı zamanı “Kəskin hərəkətlər edək, gedək binaları zəbt edək, qapıları sındıraq, əks halda bu, fənərlərlə gəzintiyə çevriləcək” kimi replikalar səsləndiriblər. Bu təxribatçılar artıq üzdən tanınır. Onlar mübarizə aparanlar arasında şübhə yaratmağa, onları ruhlandırmağa çalışırlar ki, dağıtmağa getməsələr, bu hərəkatdan heç nə çıxmayacaq. Hakimiyyət hərəkatın aktivinə xüsusi nəzarət də yaradıb. Deyilənə görə, səhərdən axşama kimi evlərin yaxınlığında, həyətlərdə saxlanılan avtomobillər var. Həmin avtomobillərdə bütün günü həmin ərazidən keçidə nəzarət edən, gizlənməyən və aktivə psixoloji təzyiq göstərməyə çalışan insanlar var”. Bununla yanaşı, erməni mediası yazır ki, Ermənistanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın antihökumət aksiyalarının davam etdiyi bir vaxtda baş nazir Nikol Paşinyanın siyasi komandası Erməni Kilsəsi üzərinə daha çox vergi qoyulması məsələsini müzakirə edib. Səbəb də odur ki, Erməni Kilsəsi və onun başçısı katolikos II Qaregin Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib. Xatırladaq ki, bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirlər. Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulub. Paşinyanın siyasi müttəfiqləri hazırda Eçmiədzini siyasətə qarışmaqda ittiham edirlər. Ermənistan parlamentinin spikeri Alen Simonyan bundan öncə demişdi ki, Erməni Kilsəsinə də bütün başqa bizneslər kimi vergi qoyulmalıdır. Baş nazirin özü belə bir addımın atılacağına işarə etmişdi. Parlamentin maliyyə və büdcə işləri komitəsinin sədri Tsovinar Vartanyan və onun partiyadaşları bildiriblər ki, Eçmiədzin üçün edilən vergi güzəştləri tezliklə ləğv oluna bilər: “Söhbət kilsənin idarə etdiyi minlərlə mülkdən gedir. Mən monastırlardan yox, kommersiya sahələrindən, ictimai sahələrdən, qonaq evlərindən danışıram. Hazırda bunları yoxlayırıq və düşünürəm ki, bu təşəbbüs məntiqi nəticə ilə bitəcək”.

Eyni zamanda Paşinyanın keçmiş şəxsi vəkili, hazırda Dövlət Vergi Xidmətinə başçılıq edən Rustam Badasyan bildirib ki, hər bir erməni kilsəsində yandırılmaq üçün satılan şamlardan gələn qazanca 20 faiz əlavə dəyər vergisi qoyulmasına tərəfdardır. Qeyd edək ki, şam satışı Eçmiədzinin ən böyük gəlir sahələrindən biri sayılır. Vartanyan vurğulayıb ki, yeni vergi planları hazırda ölkədə gedən siyasi proseslərlə bağlı deyil. Müxalifətdən olan və arxiyepiskopun etiraz aksiyalarında fəal iştirak edən deputat Artsvik Minasyan hökumətin planlarını tənqid edib. O deyib ki, Ermənistan konstitusiyasında kilsənin ölkənin tarixindəki və ictimai həyatındakı “müstəsna rolu” təsbit edilib. Qeyd edək ki, Ermənistan konstitusiyasının 18.1-ci maddə­sində erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. Halbu­ki, konstitusiyaya görə, Ermənistan dün­yəvi dövlətdir. Həmin maddə isə demok­ratiklik və dünyəvilik prinsiplərinə ziddir. Xatırladaq   ki, Nikol Paşinyanla Erməni Kilsəsi və onun başçısı II Qaregin arasında münasibətlər onun hakimiyyətinin, demək olar, ilk günündən gərgin olub. II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi. Bu münasibətlər, xüsusilə Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra daha da gərginləşib. Bu sıradan son insident mayın 28-də baş verib. Həmin gün II Qaregin və əshabələri Müstəqillik Gününü qeyd etmək üçün İrəvan yaxınlığındakı Sərdarabad abidəsinə gül-çiçək əklilləri qoymağa və dualar etməyə gəlmişdilər. Lakin hazırkı vəziyyətin mürəkkəb olduğunu nəzərə alan polis kilsə nümayəndələrinin qabağını kəsib və onlar gəlişlərinin məqsədi barədə təfərrüatlı məlumat verəndən sonra kompleksə buraxılıblar. Bütün ermənilərin katolikosuna qarşı polisin belə hərəkətləri Eçmiədzin və əksər diaspora kilsələrində pislənib. Müxalifət liderləri də II Qareginə qarşı belə hərəkətlərə görə Nikol Paşinyanı ittiham ediblər. Nikol Paşinyan isə II Qareginin və onu müşayiət edən ruhani xadimlərin Sərdarabad xatirə kompleksinə girişinə mane olmalarına haqq qazandırıb. Bundan daha əvvəl, 2024-cü ilin Yeni il gecəsində İctimai televiziya katolikosun ənənəvi Milad xütbəsini efirə verməyib. İndi görünən odur ki, kilsə Er­mənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəmir. Çünki Eçmiə­dzin bu prosesləri özünün maraqlarına zidd hesab edir. Qeyd edək ki, kilsə keçmiş mü­naqişə sayəsində çox böyük vəsait qaza­nıb. Ona görə də münaqişənin bitməsini, iki ölkənin münasibətlərinin normallaş­masını özünə təhlükə kimi görür və bu səbəbdən sülhü əngəlləyir. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031