KÖHNƏ VERSİYA            

Müharibə cinayətləri bütün bəşəriyyət üçün böyük təhdiddir

Image

Dövlətlərin və xalqların təhlükəsiz birgəyaşayışına qarşı yönəlmiş cinayətlər bəşəriyyəti qədim zamanlardan bugünə kimi müşayiət edir. Düşmən obrazının insan şüurunda dərin tarixi kökləri var. Qəbilə dövründən müxtəlif əraziləri və xalqları öz dövlətlərinə birləşdirmək məqsədi ilə davamlı işğalçılıq müharibələri aparılırdı.

Bəşəriyyət tarixində konkret ərazilərdə yaşayan yerli xalqların məhv edilməsi və ya öz vətənlərindən qovulması halları da az deyil. Və müxtəlif növ silahların, partlayıcı maddələrin, odlu silahların, hərbi hava qüvvələrinin, daha sonra isə kimyəvi, bioloji, toksin və digər kütləvi qırğın silahlarının yaradılması sahəsində elmi-texniki tərəqqi fonunda bu səpkidə cinayətlərin miqyası da genişləndi. Lakin onların mahiyyəti və məqsədləri dəyişməz olaraq qalır, bu tip cinayətlər böyük ictimai təhlükə ilə səciyyələnir, suveren dövlətlərin və xalqların dinc yanaşı yaşamasına, eləcə də bütövlükdə bəşəriyyətin sülh və təhlükəsizliyinə təhdid yaradır. 

Ağır beynəlxalq cinayətlərə qarşı mübarizə daim sərt olmalıdır 

Hazırda  sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı cinayətlər, bir dövlətin digər dövlətə qarşı təcavüz aktları aktualdır və bu fonda beynəlxalq münasibətlər heç də həmişə dinc xarakter daşımır, dövlətlər heç də həmişə mübahisələri güc tətbiq etmədən həll edə bilmirlər. Azərbaycanın öz ərazi bütövlüyü müharibə yolu ilə bərpa etmək məcburiyyətində qalması bunun faktiki nümunələrindən biridir.

Mövcud durumda dünya ictimaiyyəti sülh və bəşəriyyətin təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlərə hüquqi qiymət verməyə ehtiyac duyur. Belə cinayətləri törətmiş şəxslərə qarşı beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş cinayət cəzaları isə bu təhlükələrlə mübarizə vasitəsidir.Beynəlxalq cinayət hüququnun formalaşmasının başlanğıcı İkinci Dünya Müharibəsinin əsas hərbi cinayətkarlarının məhkəməsi üzrə Beynəlxalq Hərbi Tribunalın və Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunalın nizamnaməsi ilə əlaqələndirilir. Beynəlxalq cinayət hüququ sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan cinayət qruplarına görə məsuliyyətin əsaslarını və şərtlərini müəyyən edir. Bu normaların müəyyən edilməsi zərurəti mövcudluğu boyu vaxtaşırı genişmiqyaslı təcavüzkar müharibələr, soyqırımlar və sair kimi beynəlxalq cinayətlərlə üzləşən bəşəriyyətin təcrübəsindən irəli gəlir. Bəşəriyyətin sülh və təhlükəsizliyi əleyhinə olan cinayətlər böyük ictimai təhlükə ilə xarakterizə olunur və beynəlxalq cinayətlər kimi tanınır. Bu cinayət qruplarının xüsusi xüsusiyyəti onlara qarşı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr əsasında aparılan mübarizədir. Bu sazişlərin iştirakçısı olan dövlətlər öz ölkələrinin milli cinayət qanunvericiliyində bu cinayət əməllərinə görə cinayət-hüquqi qadağalar və cəzalar müəyyən etmək öhdəliyi götürürlər. Ümumilikdə qeyd etmək lazımdır ki, bütün bəşəriyyət üçün müharibələr, silahlı münaqişələr, soyqırımlar və bu kimi anti-insani cinayətlər beynəlxalq sabitliyə təhlükə yaradır, dağıdıcı nəticələrə gətirib çıxarır, bütövlükdə milyonlarla insanın və xalqın taleyini məhv edir. Bununla da bəşəriyyətin sülh və təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Tarixin bu dərslərini unutmaq olmaz, sivil dünyada belə cinayətlər baş verməməlidir. Axı, bu cür cinayətlər harada törədilməsindən asılı olmayaraq ayrı-ayrı ölkələr və xalqlar yox, həm də sivilizasiy üçün problemdir. Ona görə də bu ağır beynəlxalq cinayətlərə qarşı mübarizə daim sərt olmalıdır. Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində ölkəmzi tərəfindən atılan addımların əsas səbəblərindən biri də budur. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Onu da nəzərə almaq lazımdır ki, müharibə cinayətlərinin müasir konsepsiyası insanlıq məfhumunu sarsıdan bu cür əməllərin beynəlxalq humanitar hüququn ciddi pozuntuları kimi tövsif edir. Ciddi pozuntular 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli Birinci Protokolunun müddəalarının pozulmasını nəzərdə tutur. Belə pozuntular bir tərəfdən, beynəlxalq xarakterli silahlı münaqişələrin qurbanlarının müdafiəsinə yönələn norma və prinsiplərin, digər tərəfdən isə hərbi əməliyyatların aparılmasının vasitələri və üsullarını məhdudlaşdıran qaydalarının yaxud müharibə adətləri və qanunlarının pozulmasını ehtiva edir. Məhz bu iki məqam Ermənistanın silahlı qüvvələrinin törətdikləri müharibə cinayətlərini xarakterizə edir. Xatırladaq ki, Ermənistan Cenevrə Konvensiyalarına və Əlavə Protokollara 1993-cü il 7 iyun tarixində qoşulub və həmin vaxtdan bu sənədlərin müddəalarına əməl edilməsi artıq hüquqi öhdəlik idi. Ancaq beynəlxalq müqavilələrlə ümumiyyətlə, hesablaşmayan erməni tərəfi üçün beynəlxalq humanitar hüququn pozulması adi hal olub. 

Mülki şəxslər də erməni cinayətlərinin hədəfləri sırasında yer alıb 

Faktdır ki, Ermənistan silahlı qüvvələrinin üzvləri davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətləri törədib. Qeyd edək ki, aşağıdakı əməllər bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı cinayətləri təşkil edir: hər hansı bir dövlətin hakimiyyət orqanları tərəfindən təşkilatlanması və ya onun ərazisində və ya hər hansı başqa ərazinin daxilində silahlı dəstələrin başqa dövlətin ərazisinə basqın edilməsinə təşviq edilməsi və ya öz ərazisində belə dəstələrin təşkilinə icazə verilməsi və ya belə silahlı dəstələrin öz ərazisindən əməliyyat bazası və ya başqa dövlətin ərazisinə təcavüzü üçün başlanğıc nöqtəsi kimi istifadə etmək, habelə belə işğalda bilavasitə iştirak etmək və ya dəstək vermək; hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa bir dövlətdə vətəndaş qarşıdurmasını qızışdırmaq üçün nəzərdə tutulmuş fəaliyyətin aparılması və ya təşviq edilməsi və ya hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa dövlətdə vətəndaş qarşıdurmasının qızışdırılması üçün təşkil edilmiş fəaliyyətə yol verilməsi; hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa bir dövlətdə terror fəaliyyətinin aparılması və ya təşviq edilməsi və ya hər hansı dövlətin hakimiyyət orqanları tərəfindən başqa dövlətdə terror aktlarının törədilməsinə yönəlmiş mütəşəkkil fəaliyyətə yol verilməsi; məqsədi silahların, hərbi təlimlərin, istehkamların və analoji xarakterli digər məhdudiyyətlərin azaldılması və ya məhdudlaşdırılması yolu ilə beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək olan hər hansı beynəlxalq müqaviləyə əsaslanan öhdəlikləri pozan hər hansı dövlətin hakimiyyət orqanlarının hərəkətləri; beynəlxalq hüquqa zidd hərəkətlərlə başqa dövlətə mənsub olan hər hansı dövlətin ərazisinin hakimiyyət orqanları tərəfindən ilhaq edilməsi; hər hansı dövlətin hakimiyyət orqanlarının öz iradəsini tətbiq etmək və bununla da hər hansı üstünlük əldə etmək məqsədilə iqtisadi və ya siyasi xarakterli zorakı tədbirlərlə digər dövlətin daxili və ya xarici işlərinə müdaxiləsi; hər hansı bir dövlətin və ya fərdi şəxslərin hakimiyyət orqanlarının hər hansı milli etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törətdiyi hərəkətləri; siyasi, irqi, dini və ya “mədəni” səbəblərə görə hər hansı mülki əhaliyə qarşı hər hansı dövlətin hakimiyyət orqanları və ya onların təhriki və ya onun yanında fəaliyyət göstərən fərdi şəxslər tərəfindən qətl, məhv etmə, əsarətə salma, deportasiya və ya təqib kimi qeyri-insani hərəkətlər bu orqanların razılığı; müharibə qanunlarını və ya adətlərini pozan hərəkətlər. Ermənistan tərəfindən bütün bu cinayət hallarının az qala hamısı ölkəmizəqarşı törədilib. Məsələn, Azərbaycan tərəfi dəfələrlə Qərb qonşumuzdan 30 il ərzində Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4 min nəfər şəxs barədə və yaxud da ki, onların basdırıldığı yerlər haqqında məlumatların təqdim edilməsini tələb edib. Ermənistan bu məlumatları təqdim etməkdən boyun qaçırıb. Burada da məqsəd aydındır - böyük ehtimalla, Ermənistan həmin dörd min nəfər mülki və hərbi şəxslərimizin edam edilməsini həyata keçirib və kütləvi formada torpağa basdırıb. Buna görə də Ermənistan törətdiyi müharibə cinayətlərinin, bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərin açılmasını istəmir. Törətdiyi bu qədər cinayətlərin, şəhərlərimizin dağıdılması, torpaqlarımızın məhv, viran edilməsi, əlavə olaraq, mülki və hərbi şəxslərin, müharibə əsirlərinin girov götürüldükdən sonra öldürülməsi və basdırılmasını təbii ki, Ermənistanı gizlətməyə çalışırdı. Ancaq artıq bu gizlədilmiş cinayətlər də üzə çıxır. Erməni tərəfi bütün bunlara görə cavab verməli olacaq.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031