KÖHNƏ VERSİYA            

30 min erməniyə rus pasportu vermək Rusiyanın hansı mənafelərinə uyğundur...

Image

Elşən Manafov: “Moskvanın təklifi ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq istəyir...”

Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu arada belə fikirlər də ortaya atılaraq hallandırılır ki, guya Rusiyanın konsulluq açmaqda məqsədi 30 min erməniyə rus pasportu vermək və Qarabağda yerləşdirməkdir. 

Hər halda belə yanaşma məntiqsizdir. Niyə? Ona görə ki, 2020-ci ilin noyabrında rus sülhməramlıları Qarabağa yerləşəndən sonra onsuz da oradakı erməni sakinlərinə o dövrdə ikili vətəndaşlıq çərçivəsində rus pasportu paylanıb. O üzdən, 30 min erməniyə Rusiyanın pasportunu verib Qarabağda yerləşdirməyin nə mənası var? Azərbaycan istənilən vaxt deyə bilər ki, erməni sakinləri rus vətəndaşıdılarsa, o zaman ölkəni tərk edib Rusiyaya getsinlər. Ən azından, bizim qanunvericilikdə ikili vətəndaşlıq öz əksini tapmayıb. Həmin rus vətəndaşı olan erməni sakinlər bizdən nə istəyə bilərlər ki? Azərbaycan vətəndaşı kimi nə kollektiv hüquq istəyə bilərlər, nə milli-mədəni muxtariyyət istəyə bilərlər. Belə olan halda onların burada nə məqsədi ola bilər ki? Rus pasportu ilə erməniləri gətirib burada yerləşdirmək Rusiyanın hansı marağı çərçivəsindədir? Uzaqbaşı Rusiya bunu edə bilər ki, erməni sakinlərini Qarabağa yerləşdirib onlara Azərbaycan vətəndaşlığını qəbul etdirsin. Yəni əvvəldən Qarabağda yaşayan erməniləri gətirmək və onlara Azərbaycan vətəndaşlığını alıb orada məskunlaşdırmaq. Əslində Ermənistan vətəndaşlığı olan erməniləri də Qarabağa gətirməkdə Rusiyanın bir marağının olması məntiqsizlikdir, nəinki Rusiya vətəndaşlığı olan pasportlarla erməniləri ora gətirmək. Bunda nə marağı ola bilər ki? Ən yaxşı halda Rusiyanın marağı o ola bilər ki, o erməniləri Qarabağa gətirib onlara Azərbaycan vətəndaşlığını qəbul etdirsin, sonra da onları himayə etsin. Yoxsa nə marağı var ki, 30 min nəfər erməniyə Rusiya pasportu verib gətirib ora yerləşdirsin? Nə dəyişəcək və bununla nəyə nail ola biləcək? Azərbaycanın Rusiyada səfirliyi və iki konsulluğu var. Deməzlər ki, sizə olar, bizə yox? Bütün hallarda 30 min erməniyə rus pasportu verib gətirib Qarabağa yerləşdirmək arqumenti çox tutarsız görsənir.

“Rusiyanın həmin ermənilərdən məkrli məqsədlərlə müttəfiqi olduğu dövlətimizə qarşı istifadə etmək fikri olmayıb” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi onun 1961-ci ildə təsdiq olunmuş Vyana konvensiyası ilə bağlı hüquqları baxımından anlaşılandır. Diplomatik qaydalar paytaxt şəhərdə, səfirlikdən əlavə, müraciət edən qarşı tərəfin istəyinə rəgmən, baş konsulluq və konsulluğun açılmasına icazə verir. Azərbaycanın Rusiyada səfirliklə yanaşı baş konsulluq və konsulluqlarının fəaliyyət göstərməsi ilə bağlı amillərdən çıxış edərək, Rusiyanın da qarşı tərəfdən konsulluq xidmətlərinin göstərilməsi üçün müvafiq addımların atılmasını arzu etməsi anlayışla qəbul edilməlidir. Bildiyimiz kimi, Azərbaycanın Rusiyada konsulluqları var. Sankt-Peterburqda baş konsulluq, Yekaterinburq və Sverdlovskda isə konsulluqlar fəaliyyət göstərir. Bu mənada Rusiyanın ölkəmizdə konsulluq təsis etmək istəyinə diplomatik münasibətlərdəki disbalansı aradan götürmək konteksindən yanaşmaq olar. Lakin məsələ burasındadır ki, Azərbaycanın adı çəkilən şəhərlərində sayı yuz və ya on minlərlə ölçülən vətəndaşlarımız yaşayir. Onlar orada fəaliyyət göstərirlər. Bu şəhərlərdə diasporalarımız var və onların mənsub olduqları dövlətlə hüquqi problemlərinin nizamında konsulluqlarımızın özünə məxsus rolu var”.

Politoloq hesab edir ki, bütün bunların fonunda Rusiyanın faktiki olaraq vətəndaşlarının olmadığı Xankəndidə konsulluq təsis etmək istəyi suallar doğurmaya bilmir: “Əgər konsulluğun açılması üçün Azərbaycanın 2-ci böyük şəhəri Gəncənin adı çəkilsəydi, bu anlaşılan olardı. Çünki orada rus icması, hətta pravoslav kilsəsi fəaliyyət göstərir. Xankəndiyə münasibətdə belə faktorlar ortalıqda yoxdur. Rusiyalı senator və diplomat Karasinin Xankəndidə konsulluqla bağlı dedikləri diplomatın şəxsi istəyi və ya mövqeyi deyil. Ancaq Moskvanın təklifi ilə bağlı bizilərin stəkanda fırtına yaratmaq istəyi dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin maraqları baxımından məqbul sayıla bilməz. Rusiyanın İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı 30 min ermənidən14 mininə onların istəklərinə rəğmən vətəndaşlıq verməsi Rusiyanın və beynəlxalq hüququn qanunlarına istinadən baş tutub. Rusiyanın həmin ermənilərdən məkrli məqsədlərlə müttəfiqi olduğu Azərbaycan dövlətinə qarşı istifadə etmək fikri olmayıb. Əgər belə olsaydı, Rusiya öz sülhməramlılarının Azərbaycanda olduğu müddətdə vətəndaşlarının arzusuna rəğmən onları qorumaq üçün qanunvericiliyin normaları çərçivəsində tədbir görərdi. Rusiyanın isə, Azərbaycan Qarabağ üzərində dövlət suverenliyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra bu məsələyə müraciət etməsi dövlətçiliyimizə münasibətdə xoş məramın göstərici kimi qəbul edilə bilər. Rusiya hətta onun vətəndaşlığını qəbul etmiş erməniləri, onların xahişlərinə əsasən Xankəndiyə rəsmi Bakı ilə məsləhətləşmələrdən sonra və yalnız Azərbaycan dövlətinin maraqları, iradəsi nəzərə alınmaqla köçürə bilər. Bu zaman onun vasitəçi statusunda çıxış edəcəyi birmənalıdır. Niyə Xankəndinin seçilməsi ilə bağlı məsələyə gəlincə, bu problemə bölgənin geosiyasi durumuna rəsmi Bakı, Ankara və Moskva arasında ortaq maraqların prizmasından yanaşmaq olar”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031