Gürcü spiker qalmaqallı qanunu imzaladı - təhdidlərə, şantajlara şahid olduq...
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Papuaşvilinin dediyi ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin kənar müdaxilələrə qarşı dayanıqlığını möhkəmləndirməyə xidmət edir.
“Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidirlər – əhali hər bir oyunçunun arxasında kimin dayandığını bilməlidir. Bu, dövlət təsisatları, siyasi partiyalar və dövlət qulluqçuları üçün belədir və xaricdən maliyyələşən təşkilatlar üçün də belə olmalıdır...
İki ay ərzində təhdid, şantaj, qanunun damğalanmasına, xalqın seçdiyi hakimiyyətə qarşı aksiyada xarici ölkələrin nazirlərinə, Maydanın kənardan yada salındığına, estetikasının daxildən kopyalandığına şahid olduq. Yəni qeyri-Avropa və təbiətinə görə sovet stili olan hər şeyin şahidi olduq. Bütün bunlar gürcü xalqının onların həyatına təsir etmək üçün ölkəsinə daxil olan pul haqqında daha çox bilmək istəyini ifadə etdiyinə görə baş verir. Bu səbəbdən, heç bir xarici dövlət, heç bir xarici donor, xaricdən maliyyələşən heç bir qeyri-hökumət təşkilatının ortaya çıxaraq, gürcü xalqına qarşı fəaliyyətinin şəffaflığı öhdəliyini könüllü olaraq boynuna götürməyə hazır olduğunu deməməsi qışqırıqla boğulan bu müzakirədə yəqin ən məyusedici məqam idi. Bu, xalqımıza bir daha göstərdi ki, qalan hər şey sadəcə bəhanədir, əslində isə etirazın məqsədi xarici pulu xalqdan gizli şəkildə xərcləmək imtiyazını qorumaqdır” - deyə Papuaşvili bildirib.
Qeyd edək ki, Gürcüstanın prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. Parlament isə mayın 28-də prezidentin qanuna vetosunu ləğv edib.
TAHİR