Ramanada marketdən tütün məmulatı və ödəmə terminalından pul oğurlandı
Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisindəki marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3 min 170 manat pulun oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həbib Ovçiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD