Bank kartlarından oğurluq edən 3 nəfər saxlandı
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda daha 2 nəfər şəxsin bank kartlarından 310 və 6000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
NAMİQ