"15 minə yaxın iş axtaran işlə təmin ediləcək" - RƏSMİ AÇIQLAMA
Əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən növbəti iclasında “Məşğulluq haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsində bəyan edib ki, ölkəmizdə əhalinin məşğulluğu istiqamətində müvafiq tədbirlər görülür və bu istiqamətdə altsistem artıq yaradılıb.
“Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı əsasında əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində vacib proqramlar və layihələrin reallaşdırılması üzrə müvafiq işlər görülür. “Məşğulluq haqqında” Qanuna dəyişikliklər ehtiyacı olanların tələblərini ödəməyə imkan verəcək. Biz bununla da il ərzində 15 minə yaxın iş axtaranı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşı işlə təmin edə biləcəyik." - Anar Əliyev bildirib.
Mətləb Salahov