1 İyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunan tədbir keçirilib
“Sübhnur” Tədris Mərkəzinin təşkilatçılığı ilə SDN Biznes Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunan tədbir keçirilib. Tədbirdə qazi Rüxsarə Cümayeva, "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının icraçı direktoru, şəhid anası Mehriban Əbdürrəhmanova, Azərbaycan Respublikasının millət vəkilləri Vüqar İsgəndərov, Razi Nurullayev, elm xadimi Nəbi Mahmudov, GYF-nun sabiq prezidenti Salman Əliyev, "Ələddin MMC" - Şirkətinin icraçı direktoru Arzu Fərəcova, "Mələk" qadınlar qrupunun rəhbəri Leyla Xanım, xeyriyyəçi Qabil Nəcəfov, "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının təsisçı və sədri Şahvələd Əsgərov iştirak ediblər.
1 iyun beynəlxalq uşaq günü ilə bağlı şagirdləri təbrik edən “Sübhnur” Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə uşaqların sağlam böyümələri və hərtərəfli bilik sahibi olmaları üçün mühüm işlər görülür. Mərkəz rəhbəri, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında uşaqların hərtərəfli inkişafı üçün oldquca təqdirəlayiq layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Neçə ildir fəaliyyət göstərən “Sübhnur” Tədris Mərkəzinin də uşaqların bilikli və bacarıqlı böyüməsi üçün əzmlə çalışdığını diqqətə çatdıran G.Hüseynova, Tədris Mərkəzinin uğurları barədə məlumat verib. Qeyd edib ki, Mərkəzdə təhsil alan şagirdlər respublika əhəmiyyətli ən müxtəlif bilik yarışmalarında, mahnı və rəsm müsabiqələrində istedad və bacarıqları ilə daima fərqləniblər. G.Hüseynova xüsusuilə ölkəmizin ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan və yaralanan şəhid və qazi övladlarına daima diqqət və qayğı göstərdiklərini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov, “Sübhnur” Tədris Mərkəzinin son illərdəki uğurlu fəaliyyəti münasibəti ilə təbriklərini çatdırıb, körpə fidanlarımıza daima sağlam və xoşbəxt böyümələrini arzu edib. Deputat qeyd edib ki, uşaq hüquqları ilə bağlı respublikamızda geniş qanunvericilik bazası formalaşdırılıb.
Milli Məclisin deputatı Razi Nurullayev öz çıxışında uşaq hüquqları və uşaqların hərtərəfli inkişafı üçün görülən işlər barədə danışıb. Deputat qeyd edib ki, hazırda ölkəmizdə uşaq və gənclər siyasəti sahəsində təqdirəlayiq layihələr reallaşdırılır. Tədbirdə çıxış edən şəhid anası, "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının icraçı direktoru Mehriban Əbdürrəhmanova Tədris Mərkəzi tərəfindən daima şəhid və qazi övladlarının diqqətdə saxlanıldığını qeyd edərək, bunun çox gözəl bir iş olduğunu nəzərə çatdırıb. Çıxışının sonunda M. Əbdürrəhmanova “Sübhnur” Tədris Mərkəzinin rəhbəri G.Hüseynovaya “Dəmir Yumruq” Fəxri Diplomunu təqdim edib.
Tədbirin bədii rəhbəri Kamran Cavad, onun balaca köməkçiləri olan 6-cı sinif şagirdləri Hüseynli Tunar, Aylin Xasməmmədova və Şəhanə Ağayeva görüşə rəngarənlik qatıblar.
Sonra “Sübhnur” Tədris Mərkəzinin körpə fidanları, Sağlamlıq İmkanı Məhdudiyyətli 3 saylı Respublika internat məktəbinin şagirdləri, NAN Academy Mərkəzinin balaca gimnast və rəssamları öz istedadlarını nümayiş etdiriblər. Şagirdlər "Azərbaycan", "Yaşa Mənim Xalqım" adli ifaları ilə tədbirə rəng qatıblar. Sonda STM direktoru G.Hüseynova tədbirdə iştirak edən bütün uşaqlara Sertifikat və Əlaçı Kitab Evinin hədiyyəsi olan hekayə kitablarını təqdim edib. Xatırladaq ki, tədbir Əlaçı Kitab Evinin təşkilati dəstəyi ilə baş tutub.
Mətləb