Tovuzda avtomobil çaya düşüb
![Image](/uploads/posts/2024-06/bcb0a3a6-4240-3274-9a59-d321a65065ba_850.webp)
Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb. "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan T.İbrahimov çaydan çıxa bilib.
Digərlərinin axtarışı davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb