"Bayden yuxuda Üçüncü Dünya müharibəsinə doğru gedirmiş kimi görünür” - ABŞ senatoru
ABŞ senatoru Ceyms Devid Vens bəyan edib ki, ABŞ Prezidenti Cozef Baydenin qərarları yeni dünya müharibəsi riskini artırır. “Mən indicə Rusiyada baş verənlərlə bağlı etibar etdiyim bir dostumla danışdım. Düşünürəm ki, nüvə müharibəsi riski indi həyatımda heç olmadığı qədər böyükdür. Bayden yuxuda Üçüncü Dünya müharibəsinə doğru gedirmiş kimi görünür”,- deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken mayın 31-də Baydenin Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə razılıq verdiyini təsdiqləyib.
Mətləb Salahov