Fransada fermer üsyanı başlayıb - yolu bağlayıblar
Fransada fermerlər növbəti etiraz aksiyası elan ediblər. Figaro” nəşrinin yazdığına görə, artıq onlar ölkəni İspaniya ilə birləşdirən A9 magistralını bağlayacaqlarını bəyan ediblər. Etiraz aksiyası ispaniyalı fermerlərlə koordinasiyalı şəkildə həyata keçiriləcək.
Hər 2 ölkənin fermerləri kənd təsərrüfatındakı problemlərin tək bir ölkəyə deyil, bütünlükdə Avropa İttifaqına xas olduğuna diqqəti cəlb etmək istəyirlər.
Mətləb