"Türkiyə güzəli" 72 yaşında vəfat edib
Məşhur türkiyəli aparıcı Erkan Yolaçın ardından xanımı Asuman Tuğberk də vafat edib. Belə ki, 1970-ci ildə "Türkiyə güzəli" seçilən 72 yaşlı Asuman həyat yoldaşının ölümündən 17 gün sonra dünyasını dəyişib. O, uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Erkanla Asuman 1976-ci ildə ailə qurub. Cütlüyün 2 övladı var. Asuman "Bir intihar" filmində də rol alıb.
Mətləb