Azərbaycanlı milyarder Avropa İttifaqının məhkəməsini qazandı....
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Lüksemburqda Avropa İttifaqı Şurasına qarşı məhkəmədə qalib gəlib. Aİ Məhkəməsi iş adamına qarşı sanksiyaların ləğvi və onlarla bağlı xərclərin ödənilməsi barədə qərar çıxarıb. Avropa hakimiyyəti hələ 2023-cü ilin sentyabrında Əhmədova, iş adamı Qriqori Berezkinə və “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə qarşı sanksiyaları uzatmayacaqlarını açıqlamışdı. Mayın 29-da müvafiq qərar Avropa İttifaqı Məhkəməsinin saytında dərc edilib.
Məhkəmənin fikrincə, Şura Əhmədovun aprel ayında sanksiyaların tətbiqi üçün əsas olan “Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyini təmin edən iqtisadiyyatın sektorları ilə məşğul olan aparıcı sahibkar” olduğuna dair kifayət qədər sübut təqdim etməyib.
Mətləb