Gürcüstanda Mixail Saakaşvilinin partiyasının ofisinə hücum olub
Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib. Bu barədə partiya bəyanat yayıb. Yayılan bəyanatda qeyd edilib ki, hücumda 100-ə yaxın adam iştirak edib: “Hücum yarım saatdan çox davam edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb".
"Bu, Gürcüstanın maraqlarını qoruduğuna və gürcü xalqının yanında olduğuna görə “Vahid Milli Hərəkat”a hakimiyyətin cavabıdır", - deyə bəyanatda bildirilib.
Mətləb