"Rusiyanı dəstəkləyən Çin şirkətlərinə sanskiya tətbiq olunacaq" - ABŞ-dan AÇIQLAMA
ABŞ administrasiyası Pekinin Rusiya hərbi-sənaye kompleksini dəstəklədiyinə görə Çin şirkətləri və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq edə bilər. Bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell bildirib.
“Düşünürəm ki, bizim əsas diqqətimiz Rusiyanı sistematik şəkildə dəstəkləyən Çin şirkətlərinə yönəlib. Biz həmçinin maliyyə institutlarını diqqətlə yoxlayırıq. Təkcə ABŞ tərəfindən deyil, digər ölkələrdən də ciddi narazılığımızı göstərən addımlar atılacaq”, - deyə o vurğulayıb.
Mətləb