Bu ulduz futbolçu da Messi ilə komanda yoldaşı olacaq
"Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını ABŞ-da davam etdirəcək. 36 yaşlı futbolçu artıq "İnter Mayami" ilə razılaşıb. Argentinalı yarımmüdafiəçinin transferinin onun "Benfika"dan rəsmən ayrıldıqdan sonra açıqlanacağı bildirilib.
Xatırladaq ki, "İnter Mayami"də Di Mariyanın dostu və Argentina millisində komanda yoldaşı olan Lionel Messi də çıxış edir.
Mətləb