Ukrayna müharibəsində bir ilk - qərar verildi, Amerika silahları Rusiya şəhərlərini vuracaq...
Rusiya prezidenti Vladimir Putinin əmri ilə başlayan Ukrayna müharibəsi iki ildən artıqdır ki, şiddətli toqquşmalarla davam edir. Rusiya son günlər Xarkov vilayətini ələ keçirmək üçün intensiv hücumlara başlayıb. Qərbin dəstəyi ilə Rusiyaya müqavimət göstərməyə çalışan Ukraynaya ABŞ-dan daha bir dəstək gəlib.
Adı açıqlanmayan iki ABŞ rəsmisi "CNN İnternational"a verdikləri açıqlamada ABŞ prezidenti Baydenin Ukraynaya bəzi Amerika silahlarından Rusiya ərazisində istifadə etməyə icazə verdiyini iddia edib. Rəsmilər ki, Baydenin Amerikanın uzunmüddətli siyasətində qismən dəyişiklik edərək Rusiya ərazisində Amerika silahlarının istifadəsinə icazə verdiyini deyiblər.
Lakin bu icazə yalnız Xarkov vilayəti üçün keçərli olacaq. Ukrayna ordusu ABŞ istehsalı olan silahlardan Xarkov bölgəsində istifadə edə biləcək, lakin Rusiyanın daxili bölgələrində və ya başqa yerlərdə istifadə edə bilməyəcək.
Ukrayna administrasiyası Rusiyanın hücumlarını gücləndirdiyi Xarkovda müdafiə zəifliyini aradan qaldırmaq üçün Amerika administrasiyasından bu bölgədə ABŞ istehsalı olan silahların istifadəsinə icazə istəmişdi.
TAHİR