Yağışlar Astarada ciddi problem yaratdı - Şiyəkəran kəndində sürüşmə təhlükəsi...
May ayında yağan aramsız yağışlar nəticəsində Astara rayonu, Şiyəkəran kəndində torpaq sürüşməsi yaranıb. Bu hal daha çox kəndin “Məscid məhəllə” adlanan ərazisini əhatə edir. Burada bir-neçə ev təhlükəli vəziyyətədir.
Aidiyyəti qurumlar təhlükənin qarşısını almaq məqsədilə ərazidə olublar. Lazımı şəkillər çəkilib və koordinatlar götürülüb. Artıq layihə-smeta sənədlərinin hazırlanması işləri görülür. Yaxın gələcəkdə təhlükəni aradan qaldırmaq üçün sürüşmə ərazisində sahil-mühafizə bəndlərin tikintisi nəzərdə tutulub. Bu da təqribən 650 poqonametr ərazini əhatə edəcək.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü