İrəvanın mərkəzində polislə etirazçılar arasında toqquşma - yaralılar var... - VİDEO
Ermənistanın İrəvan şəhərində Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 26 nəfər saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
Həmçinin "Telegram"ın Ermənistan seqmentində yayılan məlumatlara görə, toqquşmalar zamanı din xadimlərindən biri yaralanıb və xəstəxanaya yerləşdirilib. Digər din xadimi isə polis bölməsinə aparılıb.