KÖHNƏ VERSİYA            

COP29 - dövlət qərarı həm də ictimai iradəni əks etdirir...

Image

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  keçiriləcək. Ölkəmizdə belə nüfuzlu bir tədbirin keçirilməsi, sözsüz ki, Azərbaycanın dünyadakı çəkisi, yeri ilə bağlıdır. Bir sözlə, dünya Azərbaycana etibar edir və digər beynəlxalq tədbirlər kimi, bu tədbirə də uğurla ev sahibliyi edəcəyinə qətiyyətlə inanır.

Qeyd edək ki, COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının  (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.  

2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı çıxışında bildirirdi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. 

COP29-a ictimai dəstək... 

Bildiyimiz kimi, ölkəmizin hər bir sferasında COP29-la bağlı ciddi hazırlıq işləri həyata keçirilir. Bu işlər həm dövlət qurumları, həm QHT-lər səviyyəsində görülür, ictimaiyyətin də bu məsələdə dövlətlə həmrəy olduğu şübhəsizdir. 

Qeyd etdiyimiz kimi, COP29-un ölkəmizdə keçirilməsinə  ictimai maraq da böyükdür və müxtəlif ictimai təşkilatlar, QHT-lər də aktivlik  göstərirlər. COP29-la bağlı dövlət və ictimai maraqları uzlaşır. 

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar açıqlandıqdan sonra QHT-lər bunu yüksək dəyərləndirdilər. Məsələn, hələ keçən il QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqladı. Sözsüz ki, bu da QHT-lərin prosesə daha aktiv qoşulmasına, “yaşıl enerji”yə keçidlə bağlı layihələr işləyib hazırlamasına stimul verdi.  Əksər ekspertlər hesab edir ki, ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirməsi üçün dövlət qurumları da, QHT-lər də, ictimaiyyət də səfərbər olunub. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə qazanılan uğurların COP29-da da təkrarlanacağını deyən ekspertlərin fikrincə, bu sessiya çərçivəsində qlobal dünyanı narahat edən iqlim dəyişiklikləri ilə mübarizə sahəsində mühüm addımlar atılacaq. Ekspertlərə görə, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

COP29 tədbirlərinə hazırlıq çərçivəsində QHT-lər müxtəlif maarifləndirici tədbirlər keçirir, geniş ictimaiyyətlə görüşlər təşkil edirlər. Bu tədbirlərin əsas məqsədi dövlətin həyata keçirdiyi bu mühüm işə yaxından dəstək verməkdir.  

Ölkə QHT-ləri ilin əvvəlindən müxtəlif tədbir və konfranslar keçirir və bu ideyanın cəmiyyətdə yayılmasına, dəstəklənməsinə təkan verir. 

Vətəndaş cəmiyyəti bu sahədə nə edə bilər... 

Bu ilin yanvarında  “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransın da məqsədi bu olub. Sözügedən konfransda iştirak edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər Azərbaycanda Vətəndaş Cəmiyyəti nümayəndələri bir çox ekoloji təşəbbüslərdə ciddi fəallıq nümayiş etdiriblər. “Sevindirici haldır ki, bu il Azərbaycan möhtəşəm bir ekoloji tədbirə ev sahibliyi edəcək. Agentlik də COP29 Təşkilat Komitəsində Vətəndaş Cəmiyyəti adından təmsil olunur. Əminəm ki, bu il Azərbaycan Vətəndaş Cəmiyyəti ekoloji sahədə təşəbbüslərə xüsusi diqqət ayıracaq”.

Aygün Əliyeva həmçinin qeyd edib ki, QHT Agentliyi də 2024-cü il qrant müsabiqəsində ekoloji mövzuları 5 prioritet sahədən biri olaraq təqdim edib. “Bu il ekoloji təşəbbüslərdə QHT –lərin hər birinin aktiv iştirakını gözləyirik”-deyə o, qeyd edirdi.

QHT-lər bu tədbirə necə hazırlaşır? 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib.

Vevralın 24-də baş tutan görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib. Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir.

Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, həmçinin ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlər, o cümlədən İsa Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər şəxslər iştirak ediblər. Bu xəbərdən də aydın olur ki, QHT-lər, vətəndaş cəmiyyəti institutu bu məsələdə dövlətə dəstək verir. 

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə aparıcı vətəndaş cəmiyyətinin nümayəndələri üçün keçirilən “İqlim Dəyişmələri və COP” mövzusunda təlimdə vacib mövzulara toxunuldu. Bunlardan texnogen iqlim dəyişikliyi, iqlim dəyişikliyi üzrə hökumətlərarası panel, milli uyğunlaşma platforması və sair mövzularda təlimlər keçirildi”.

Bu fikirləri isə mayın 5-də Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. 

Yerli QHT-lərin COP29-a aktiv hazırlaşdığı və bu sahədə konkret işlər görüldüyü məlumdur. 

İnanırıq ki, COP29 da Azərbaycanda uğurla baş tutacaq və iqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı bir sıra məsələlərin həlli ilə bağlı mühüm qərarlar qəbul ediləcək. Eyni zamanda QHT-lərin yaşıllaşdırma prosesinə daha aktiv şəkildə qoşulacağına ümid edirik. Çünki bu sahədə vətəndaş cəmiyyəti institutu daha böyük işlər görə,   başlıcası isə maarifçilik hərəkatına öncüllük edə bilər...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031