"Türk dünyasında qəhrəmanlıq əsərlərinin təbliği və təşviqi" mövzusunda tədbir keçirilib
Emlər Akademiyası parkında təşkil olunan III Türk dünyası ədəbiyyat və kitab festivalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İB tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihəsi əsasında tədbirlər silsiləsindən birincisi, yazarlarla görüş-müzakirə keçirilib.
Tədbirin aparıcısı və məruzəçi BDU-nun kafedra müdiri, dosent, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin həyata keçirdiyi layihənin ədəbi, elmi, tarixi baxımdan aktuallığını vurğulayaraq, Türk dünyası ölkələrinin yazarları arasında əlaqələrə və ümumən ədəbiyyatımızın inkişafına töhfə olduğunu qeyd etmişdir. Məruzəçi bildirib ki, araşdırmaların nəticəsinnə görə, müasir dövrdə bu mövzuda yazılmış əsərlərə Azərbaycan ədəbiyyatında, xüsusən də, Qarabağ Zəfərimizdən sonra daha geniş müraciət olunub. Bundan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Dərbənd, Güney Azərbaycan yazarları da vətənpərvərlik ruhunda, Azərbaycanın Qarabağ Zəfəri barədə bir sıra əsərlər yazıb dərc etdirmişlər. Əsasən burada ön planda poeziya nümunələri yer tutur. Marş və digər qəhrəmanlıq əsərlərində xalqlarımızın tarix boyu torpaq, yurd uğrunda apardığımücadilələr, türk dövlətlərinin birliyi ideyası tərənnüm olunur. Gənclərin formalaşmasında qəhrəmanlıq əsərləri böyük təsir gücünə malikdir. Və düşünürük ki, bu cür layihələrə dəstək verilməsi faydalı addımdır.
“Türk Dünyası İnfo” İctimai Birliyinnin sədri Dəyanət Osmanlı layihəyə göstərdiyi maliyyə dəstəyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkküredərək, bildirib ki,Türk dünyası tarixində xalqlarımızı həmrəylik halında yaşadan, ənənələrimizi, mılli-mənəvi dəyərlərimizi qoruyub saxlayan ən əsas bağlardan biri də ideoloji aspektli ortaq mədəniyyət və ədəbiyyatdan ibarətdir.Tarixi təcrübə göstərir ki, qəhrəmanlıq mövzusu, hərbi marşlar, döyüş, vətənpərvərlik motivli əsərlər tarixən daha çox Türk dünyası ölkələrinin ədəbiyyatında yer alıb. Bu əsərlərin sabahın əsgəri, ziyalısı, dövlət xadimi, diplomatı, alimi, yazıçısı və s. olan gənc nəslin mənəvi tərbiyəsində, milli ruhda formalaşmasında böyük rol oynayan əsas mədəni-mənəvi, psıxoloji amillərdəndir. İçi qrupu fəaliyyətində layihənin məqsədlərinə nail olmaq üçünçalışmaları davam etdirir. İndiki mərhələdə türk dünyası ədəbiyyatında qərəmanlıq, vətənpərvərlik, mübarizə, birlik barədə əsərlər araşdırmaya cəlb olunub, tədbirlər vasitəsi ilə mövzunun çağdaş dövr ədəbi prosesdə, ictimai rəydə təbliği-təşviqi məsələlərini qurmağa çalışırıq.
Tədbirdə çıxış edənlər – AYB İdarə Heyətinin üzvü Əkbər Qoşalı, professor Nadir Məmmədli, tarixçi alim, şair, şərqşünas və tərcüməçi Şahin Fazil, alim-şairlər Gülxani Pənah İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Gülnar Səma, hərbi jurnalist-şair, qazi Rəşid Faxralı, yazıçı-jurnalist Şərf Kərimli, şairlərdən İbrahim İlyaslı, Gəray Göyyurd, Namiq Dəlidağlı, Süleyman Abdulla, Coşqun Xəliloğlu, Ələsgər Talıboğlu, Nəcməddin Mürvətov və başqaları Qarabağ Zəfəri, vətənpərvərlik, yurd təəssübkeşliyi mövzusunda şeirlər söyləmişlər.Bildirilmişdir ki, bu cürtədbirlərin keçirilməsi ədəbiyyatımız,elmi araşdırmaçılar,ictimai, mədəni mühit üçün dəyərli təşşəbbüslərdirvə belə layihələriə dəstək verilməsinə ehtiyac vardır.
Sonda layihədə iştirak edənmüəlliflər Diplomlarla təltif olunub, onlara hədiyyələr verilib.
Qeyd edək ki, QHT-nin növbəti 2-ci tədbiri 12 iyun 2024-cü il tarixdə, saat 12-də Azərbaycan Yazıçılar Birliyində keçiriləcək.
Leyla QARAXANLI