"Qazi, şəhid ailələri haqlarını bizə halal etsin”- keçmiş məcburi köçkün
Laçına köçən keçmiş məcburi köçkün Gülnarə Mirzəyeva bildirib ki, o həyatının unudulmaz anlarını yaşayır: “Otuz iki il sonra yurdumuza dönməyimizlə əlaqədar sevinc içindəyik. Laçını 27 yaşımda tərk etmişdim. Yurdumuza xoş hisslərlə qayıdırıq, fərəh hissi keçiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qazi, şəhid ailələri haqlarını bizə halal etsin”.
“Əhd etmişdim ki, gedib Laçında yaşayım-yaradım, işləyim. Laçına həyat yoldaşım, oğlum, iki nəvəmlə qayıdıram. Laçını tərk edəndə övladlarımın 5-6 yaşı vardı, indi nəvələrimin 5-6 yaşı var. Laçın üçün çox darıxmışdıq. Ora çatan kimi ilk olaraq dünyasını dəyişmiş doğmalarımızın məzarlarını ziyarət edəcəyik”, - G.Mirzəyeva deyib.
Mətləb Salahov